Dünya

Cozef Borel: “Avropa Birliyi-Rusiya münasibətləri həssas mərhələdədir”

“Avropa Birliyi ilə Rusiya Federasyonunun ilgiləri həssas mərhələyə qədəm qoyub”.
Bunu Avropa Birliyinin Xarici siyasət və Əmniyyət məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel bəhmənin 19-da Rusiya məqamları ilə görüşündən sonra bildirib. Onun sözlərinə görə, Rusiyada keçirilən basın toplantısında onun üçün sərt qarşılaşma hazırlanıb. Cozef Borel bildirib ki, 3 avropalı diplomatın Mosko şəhərindən qovulması da Rusiyanın Avropa Birliyi ilə qurucu danışıqlar aparmaq istəmədiyi göstərir.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər vəziri Sergey Lavrov Cozef Borel ilə keçirdikləri toplantıda Avropa Birliyini “güvənilməz ortaq” adlandırıb. Bundan bir neçə saat sonra isə rəsmi Mosko Sued, Alman və Ləhistan diplomatlarını qovduğunu açıqlayıb. Buna səbəb kimi diplomatların müxalifət lideri, blogger Aleksey Navalnıya dəstək aksiyalarında iştirak etdikləri göstərilib.

Related Articles

Bir cavab yazın

Back to top button