Dünya

Cozef Borel İranın nüvə proqrami ilə bağlı danışıb

İranın uraniumun toolidi ilə bağlı son planları Amerikanın atom anlaşmasına qayıtmasını təhdid edir. Bu fikirləri Avropa Birliyinin Xarici siyasət və Əmniyyət məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel səsləndirib. Borel Avropa Birliyinin Xarici İşlər vəzirlərini gələn həftə keçiriləcək toplantıya dəvət etmək üçün məktub yazıb. Məktubda İranla altı dünya dövləti arasındakı atom anlaşmasının gələcəyinin həssas bir nöqtəyə çatdığı vurğulanıb. Qeyd edək ki, Donald Tramp 2018-ci ilin meyində Amerikanın BƏRCAM-dan çıxması ilə bağlı qərar imzalayıb. Ancaq Amerikanın yeni seçilən prezidenti Co Bayden bir sıra şərtlər qarşılığında atom anlaşmasına qayıtmaq istədiyini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button