İran

Şərqi Azərbaycan vilayətində keçidlərdə hərəkət çətinləşib

Kəskin hava şəraiti və güclü külək Şərqi Azərbaycan ustanında gədiklərdə hərəkəti çətinləşdirib. Məsələ ilə bağlı Şərqi Azərbaycan Yol Polisinin rəisi Sərhəng Kərimnijad məlumat verib. Belə ki, əyalətin çöl yollarının gədiklərini qar örtdüyündən otomobillərin hərəkəti çətinləşib. Sərhəng Kərimnijad bildirib ki, Xacə-Vərziqan yolunun Atacan, Göyçəbel-Sambıran gədiklərində, Təbriz-Əhər və Əhər-Kəleybər yollarında hərəkət məhdudlaşıb. Məlumata görə, Zəngan-Təbriz baş yolunun 30 kilometrliyində keçid edən treylerlər güclü külək səbəbindən qədim Mayan-Təbriz yoluna yönəldilir. Yük maşınları isə həmin baş yolda hərəkətini davam etdirə bilər.
Qeyd edək ki, dey ayının 30-dan Şərqi Azərbaycanda kəskin hava şəraiti görünür. Əyalətin Baş Hava Durumu İdarəsinin verdiyi məlumata əsasən, yaxın günlərdə havanın istiliyi 13 dərəcəyə qədər enəcək.
Ötən gecə isə Təbriz-Zəngan baş yolunda qarlı küləyin əsməsi ilə Bostan Abaddan Həştəriyə qədər yol bir neçə saatlıq bağlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button