İran

CULFA VƏ NORDUZ MƏRZLƏRİNDƏN GEDİŞ-GƏLİŞ AZALIB

Şərqi Azərbaycan ustanının Maşın Yolları İdarəsinin rəisi Orucəli Əlizadə, “koronavirusun yayılması və musafir daşımalarına qoyulan qadağa səbəbindən Culfa və Norduz mərzlərində musafirlərin hərəkəti yüzdə 90-dan çox azaldığını. Bu ilin ilk üç ayında 13 minə yaxın iranlı və xarici musafir maşınlarla qeyd olunan mərzlərdən keçib”, – deyə o bildirib.
O, bu ilin ilk 3 ayında Culfa və Norduz mərz terminallarından 27 min ağır nəqliyyat vasitəsinin keçdiyini xatırladıb.
Onun sözlərinə görə, Culfa mərzi vasitəsilə malların varidat və sadirat həcmi 45,5 min ton, bu mərzdən tranzit yolla daxil olan və çıxan malların miqdarı isə 72000 tondur.
Xatırladaq ki, Şərqi Azərbaycan ustanı Azərbaycan, Ermənistan və Naxçıvan Xodmuxtar Cumhuriyəti ilə həmmərzdir.

Related Articles

Bir cavab yazın

Back to top button