Azərbaycan

Culfada gömrük çıxışı məntəqələrində əlavə dəyər vergisi tutulmasına etiraz olaraq etiraz aksiyası keçirilib

Etirazçılar “gömrük keçid məntəqələrində əlavə dəyər vedrgisinin tutulması “Araz” Azad Zonasının iqtisadiyyatı üçün ölüm xəbəridir” yazılmış plakatlar qaldırırlar.

, dekabrın 8-i, şənbə günü səhər saatlarında narazı əhali və Güney Azərbaycanın “Araz” Azad İqtisadi Zonasında fəaliyyət göstərən investorlar və istehsalçılar Culfada sözügedən azad aonasya girişi bağlayaraq, avtomobillərin daxil olmasına mane olublar.

“Aznews tv”ın xəbərinə görə, aksiyanın keçirilməsnə “azad zonaların ƏDV-yə cəlb edilməsi” səbəb olub. İnvestorlar və istehsalçılar hesab edirlər ki, ƏDV-nin tətbiqi azad zonalar haqqında qanuna ziddir.

Etirazçılar “gömrük keçid məntəqələrində əlavə dəyər vedrgisinin tutulması “Araz” Azad Zonasının iqtisadiyyatı üçün ölüm xəbəridir” yazılmış plakatlar qaldırırlar.

Qeyd edək ki, Araz Azad İqtisadi Zonası sənaye şəhərciyinin girişinin etirazçılar tərəfindən bağlanması ilə həmin əraziyə gedən yollarda uzun avtomobil növbələri yaranıb və onların sayı hər an artır.

Related Articles

Bir cavab yazın

Back to top button