Tehran şəhər sakini Güney Azərbaycanlı milli fəal Səmd Məhrəmzadə fəaliyyəti ilə bağlı dəfələrlə tutuqlanıb. Qeyd edək ki, onun haqqında heç bir xəbər yayımlanmayıb. Fəalın yaxınlarının dediklərinə əsasən, o, 1379-dan 1386-cı ilə qədər dəfələrlə azadlıqdan məhrum olunub. Habelə işkəncələrə məruz qalıb. Xatırladaq ki, 1396-cı ildə Tehranda qimətlərin bahalaşması ilə etirazlar baş verib. Məhrəmzadə burada tutuqlanan dərvişləri himayət etdiyi üçün Tehranın Pasdaran meydanında həbs olunub. Məlumata görə, o ilk olaraq Acur qırmız məntəqəsindəki əmniyyət dairəsində saxlanılıb. Burada 2 ay işkəncəyə məruz qalıb. Sonra isə məhkəmə tərəfindən “İrana qarşı iğtişaş yaratmaq, hakimiyyət məmurlarının qətlində iştirak etmək, umumi əmniyyəti pozmaqda ittiham olunub. Milli fəalın hazırda Tehranın Evin zindanına saxlanıldığı bəlli olub.