![](https://www.aznews.tv/wp-content/uploads/2024/04/483225aa-a612-4a51-a3f7-e4aeec160fb3-780x470.jpg)
Əməliyyatda gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri iştirak edib. Axtarış nəticəsində İran İslam Respublikasına məxsus 2 (iki) nəfər heyət üzvü olan qayıq saxlanılıb.
Araşdırma zamanı tutulan şəxslərin İran İslam Respublikası vətəndaşları – 33 yaşlı Muxtar Əbdi Yalci və 24 yaşlı Əli Bəhrami Məhəmməd olduqları müəyyən edilib. Məlum olub ki, dövlət sərhədini pozmaqda məqsəd narkotik vasitələrin daşınması olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb