Dünyaİran

“Universitetlərimiz düşmənçilik mövqeyində olan ölkələr tərəfindən hədəfə alınıb”- Britaniya

Britaniyanın Daxili Təhlükəsizlik Xidməti (MI5) Rusiya, Çin və İran tərəfindən ölkə universitetlərinin hədəfə alındığını bildirib.

GB Nyuz  xəbər televiziyasının məlumatına əsasən İngiltərənin ali müəssisələri və universitetlərinin sədrləri Vaythalda iclasa çağırılıblar.

Bildirilib ki, aprelin 25-də  təhlükəsizlik xidmətinin yüksək vəzifəlilərinin misli görünməmiş çağırışı ilə onlar fikir mübadiləsi keçirmək üçün dəvət olunublar.

İclas baş Nazirin müavini Oliver Davden və elmlər naziri Mişel Donlanın birgə sədrliyi ilə keçirilib.

MI5-in baş derektoru Ken Makkalum və Milli Kiber Təhlükəsizliyi Mərkəzinin müvəqqəti icra müdiri Flisti Osvald düşmənçilik mövqeyində olan Rusiya, Çin və İran tərəfindən milli təhlükəsizliyə hədələr törətdikləri barədə xəbrdarlıq ediblər.

İclasda bu iki yüksək vəzifəlinin universitetlərdə önəmli tədqiqatlar və yeni yaranmış texnologiyaların qorunması üçün  tədbir görmələri qərara alınıb.

Həmçinin iclas zamanı belə bir fikir irəli sürüıüb ki, Moskva, Pekin və Tehran öz iqtisadi və hərbi bacarıqlarını yüksəltmək niyyətindədirlər.

Onlar bu məqsədlərinə çatmaq istiqamətində texnologiya üzrə tapıntıları oğurlamaq üçün İngiltərənin universitetlərini hədəfə alıblar.

Related Articles

Bir cavab yazın

Back to top button