İran

Daha bir etnik bəluç İran rejiminin qurbanı oldu

İranın Kuhestək şəhərində Hərbi Dəniz Qüvvələrinin qayıqla hərəkətdə olan etnik bəluç vətəndaşa atəş açması onun ölümü ilə nəticələnib.

Hərbi Dəniz Qüvvələrinin hərbçiləri öldürülən bəluç vətəndaşa öncədən heç bir xəbərdarlıq etmədən və yalnız qayıqla qaçaq yanacaq daşıma ehtimalı ilə bağlı atəş açıbar.

Hadisənin dünən baş verdiyi və öz qayığı ilə hərəkət edən etnik bəluçun Qorqan kənd sakini Heydər Sina adlı yanacaq daşıyan olduğu bildirilib. Məlumata görə, o, öldürüldükdən və dəniz qüvvələri tərəfindən qayığın yoxlanılmasından sonra onun qaçaqmalçılıq yolu ilə yanacaq daşımadığı müəyyən edilib.

Xatırladaq ki, son illərdə İranın Sistan və Bəluçestan vilayətində insanlar ölkədə sürən aclığın çarəsini yanacaq daşımaqda tapıb. Buna hər vəchlə mane olan İran hökumətinin əlaltıları onları ilk gördüyü yerdə özbaşına birbaşa silahla atəş açaraq öldürür. İran hakimiyyəti bu qanunsuz addımları ilə etnik bəluçları qorxutmaq niyyəti güdür.

Related Articles

Bir cavab yazın

Back to top button