İran

Daha bir panfarsist Pezeşkian hökumətə cəlb olunur

İran Prezidenti Məsud Pezeşkianın hökumətin qurulmasında fars miliyyətçilərinin daha əksəriyyət təşkil edəcəyi barədə ehtimallar özünü doğrultmaqdadır.

Bu qəbildən olan panfarsist şəxslərdən biri də, Davud Dəştbanidir.

Onun yeni hökumətdə yüksək vəzifəyə təyin olunacağı barədə fikirlər səsləndirilir.

Məsud Pezeşkian hökumətinin Strateji Şurasının başçısı Cavad Zərifin keçirdiyi son toplantıda Davud Dəştbani də iştirak edib.

Mədəniyyət və islami irşad nazirinin seçilməsi üzrə işçi qrupunun üzvü olan Dəştbani Məsud Pezeşkianın qatı əleyhdarlarından biri kimi tanınır.

O, bundan əvvəl Məsud Pezeşkianın İran parlamentində
olan türk millət vəkillərinin fraksiyasının yaradılması təşəbbüsünə qarşı çıxıb.

Bununla yanaşı son prezident seçkisi ilə bağlı onun səs yazısı yayılıb.

Həmin səs yazısında Davud Dəştbani İranda türklərin güclənməsinin, hakimiyyətdə söz yiyəsi olmalarının və Məsud Pezeşkianın Prezident seçilməsinin təhlükəli olduğunu deyib.

Bəzi məlumatlara görə, yeni panfarsist kadrların vəzifələrə təyinatında keçmiş xarici işlər naziri, islahatçı Cavad Zərifin böyük rolu var.

Qeyd edək ki, Məsud Pezeşkian vəzifəsinin icrasına başladıqdan bu günə kimi daha çox fars miliyyətindən olan islahatçı siyasətçilərin vəzifəyə gətirilməsinə üstünlük verib.

Azərbaycanlılar və azərbaycanlı siyasətçilər bunu narazılıqla qarşılayıb.

Related Articles

Bir cavab yazın

Back to top button