İran

Daha iki fəal müvəqqəti azadlığa buraxıldı

Azərbaycanlı milli mədəni fəal Məhəmməd Əbdul Məhəmmədzadə isə mordad ayının 1-də mürəxəsiyə göndərilib. O, Təbriz Mərkəzi zindanının 12-ci bəndində 27 aylıq cəza ilə bağlı həbs həyatı yaşayıb. Bildirilib ki, koronavirusun yayılması səbəbi ilə Təbriz Mərkəzi zindanından 30 günlük mürəxəsiyə buraxılıb. Milli fəal aban etirazları zamanı bir çox azərbaycanlı milli mədəni fəallarla birlikdə heç bir səbəb olmadan tutuqlanıb. Nəticədə 70 gün İttilaatda saxlanılıb və Təbriz Mərkəzi zindanına köçürülüb. Məlumata görə, milli mədəni fəal Sədulla Sasani isə bu səhər Təbrizin Mərkəzi zindanının qərəntinə bəndindən 15-ci bəndə köçürülüb. Qeyd edək ki, mordadın biri o, Urmu zindanından zəmanət qarşılığında azadlığa buraxılıb. Fəalın 50 milyon vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxıldığı bəlli olub. Xatırladaq ki, Milli fəallar Şiva Mücərrəd və Sədulla Sasani Qarabağı himayət aksiyasında tutuqlanıblar.

Related Articles

Bir cavab yazın

Back to top button