Dünya

Danimarka Ukraynaya 36 milyon dollarlıq sursat verəcək

Danimarka Ukraynaya 250 milyon Danimarka kronu (36 milyon ABŞ dolları) dəyərində sursat göndərəcək.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib.

Onun sözlərinə görə, Kopenhagen Ukrayna hökumətinin xahişi ilə qarşı tərəfə 2 min artilleriya mərmisi verəcək.

“Vəziyyət elədir ki, hamımız əks-hücum elan olunduğunu görürük. Artıq bu proses gedir. Ukrayna Rusiya Silahlı Qüvvələrinin qarşısını ala bilib və indi vəziyyəti yaxşılaşdırmağın vaxtıdır. Bunun üçün Ukrayna qoşunları döyüş sursatı ilə təmin edilməlidir”, – nazir deyib.

Danimarka Ukraynanı hərbi texnika və silahlarla, o cümlədən “Leopard 2” tankları ilə təmin edir. Bu ölkə artıq Ukrayna pilotlarına “F-16” döyüş təyyarələrində təlim keçməyə başlayıb.

Danimarka bu yaxınlarda həm də Ukrayna üçün 130 milyon dollarlıq investisiya fondu sosial proqramı başladıb

Related Articles

Bir cavab yazın

Back to top button