Dünya

“Danışıqların uğursuzluğa uğraması təhlükəsi var”- Enrike Mora

Avropa Birliyinin xarici işlər nazirinin müavini və nüvə danışıqlarının koordinatoru Enrike Mora nüvə sazişi danışıqlarında İranın nümayəndə heyətinin rəhbəri Əli Baqeri Kəni ilə görüşmək üçün Tehrana gedəcək

Enrike Mora bu barədə özünün tvitter hesabında yazıb

İran və 4+1 qrupu arasında danışıqların koordinatoru bu səfərin məqsədinin Vyana danışıqlarında qalan boşluqları aradan qaldırmaq olduğunu bildirib.

“Biz bu danışıqları yekunlaşdırmalıyıq, çox şey risk altındadır”-deyə, Enrike Mora nüvə danışıqlarının uğursuzluğa uğraya biləcəyi barədə xəbərdarlıq edib.

Bu arada Amerika prezidenti Co Baydenlə Avropa turnesində olan Jak Sullivan “Amerikanın Səsi”nin farsca bölməsinin müxbirinin nüvə danışıqlarının uğursuzluğu ilə bağlı sualına cavab olaraq “bir sıra uğurların və irəliləyişlərində əldə edildiyini” bildirib.

O, bununla yanaşı nüvə danışıqlarının uğursuzluğa uğrayacağı halda Amerika və müttəfiqlərinin İrana qarşı daha sərt tədbirlər görəcəyi, basqıları artıracağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Vyana danışıqları Rusiyanın yeni tələbləri və bunun ardınca İran hökumətinin irəli sürdüyü yeni şərtlər ucbatından dayandırılıb.

Danışıqların bərpası və razılığın əldə edilməsi üçün İranın İnqilab Keşikçiləri Korpusunun terrorçu qruplar siyahısından çıxarılması şərti Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button