İran

Daşmakıda karantin qaydalarını pozan iş yerləri bağlanılıb

Daşmakıda sağlıq protokollarını riayət edilməməsi və sıxlıq səbəbilə bir mətəbb, habelə hüzuri klasları tətil etmədiyi üçün 3 elmi amuzişqah ötən 72 saatda plomb edilib. Bu barədə Qərbi Azərbaycan ustanı Daşmakı şəhristanın fərmandarı Rəna Qurbani məlumat verib. O, bu icranın Koronavirusla Mübarizə Şurasının qərarı ilə həyata keçirildiyini vurğulayıb. “Qayda pozuntusu etmiş 4-cü iş qrupuna daxil olan və gizli fəaliyyət göstərən bir çapxana da Daşmakı şəhristanın Fərmandarı, Sağlıq Şəbəkəsi, polis və Şəhrdari məmurlarından təşkl olunmuş ortaq ekib tərəfindən plomb olunub. Daşmakı şəhristanın bütün iş yerlərindən xahiş edirəm ki, sağlıq protokollarına tamamilə riayət etsinlər. Riayət etməyənlərlə qanuna uyğun davranılacaq. Pozuntu görünərsə həmin iş yeri polomb ediləcək”,-deyə Rəna Qurbani diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button