İranSağlıq & Yaşam

DAVA BİTKİLƏRİ YAXŞI QAZANC MƏNBƏYİ HESAB OLUNUR

Düyada dava bitkilərinin bazarında İranın payı kiçikdir.
Təbriz Danişqahının Kişavərzi Danişkədəsinin Elmi Heyətinin üzvü Səidə Əlizadə deyib ki, dünyada bu məhsulların alış-verişi 123 milyard dolar hüdudundadır. İranın bu bazardan qazancı təxminən 305 milyon dolar civarındadır. Dünya Bankı 2050-ci ildə dava bitkilərinin və məhsulların mübadilə həcminin 5000 milyard dolar olacağını deyib. Ölkədə 123 növ inhisari, endemic bitki növü və çox çeşidli yerli növlər var. İran dünya üzrə dava bitkilərinin iqtisadi qübtlərindən birinə çevrilə bilər-deyə o artırıb.
Səidə Əlizadə Təbriz Danişqahının Bağçılıq Elmləri Quruhunun ustadı olaraq deyib: “dava bitkiləri dəyərli sərvətdir. Dava bitkiləridən qəza, bəzək-behdaşti və sair məhsulları üzrə istifadə olunarsa ərz gəlirlərinin artmasına səbəb ola bilər. İranın toplam 8000 bitki növündən 2200 növü Şərqi Azərbaycanda bitir. Bunlardan 550 növü dava bitkisidir. Dava bitkilərinin su məsrəfi də azdır və iqtisadi baxımdan da əkinçilərə sərfəlidir.

Related Articles

Bir cavab yazın

Back to top button