İran

Dezfulda 2 şagird yanaraq dünyasını dəyişib

Dezfulda kaneks tipli mədrəsədə yanğın baş verib. Olay deyin 30-u Kəngəristan kəndində qeydə alınıb. Yanğın nəticəsində 3 şagird ağır yanıq xəsarətləri ilə mərizxanaya yerləşdiriliblər. Məsələ ilə bağlı Dezful vilayətinin Sarıdaş qəsəbəsinin bəxşdarı Əli Abdullahi Şahabadi məlumat verib. Onun sözlərinə görə, 15 yaşlı Nima Hemməti Çalgərd dərhal Əhvazın Taliqani Mərizxanasına yerləşdirilib. Ancaq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Şagird aldığı yanıq xəsarətlərindən bəhmənin 6-da mərizxanada dünyasını dəyişib. Yanğında ağır xəsarət almış başqa şagirdin isə Əmin Elyasi olduğu bildirilib. Həkimlərin çalışmalarına baxmayaraq, şagird bəhmənin 8-də həyatını itirib. Üçüncü şagirdin kimliyi isə hələlik mətbuata açıqlanmayıb.
Təhsil İdarəsindən verilən məlumata görə, yanğın ildırım düşməsi səbəbindən baş verib. Dezfulun Sarıdaş qəsəbəsinin bəxşdarı Əli Abdullahi Şahabadinin sözlərinə görə isə, yanğına səbəb təbii hadisə deyil.

Related Articles

Bir cavab yazın

Back to top button