Dünya

Amerika İranın nüvə silahı əldə etməsinə mane olacaq

Amerikanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi olmağa namizəd Linda Tomas Qrinfild Senanın Xarici İlgilər Komitəsinin toplantısında iştirak edib. Amerikalı diplomat İranın atom silahı əldə edə bilməsi məsələsinə münasibət bildirib. Onun açıqlamasına görə, yeni prezident Co Baydenin hakimiyyətə gəlişi ilə İranın atom silahı almasının qarşısı alına bilər. Belə ki, bu yöndə lazımi tədbirlərin görüləcəyi vurğulanıb.
“İranın atom silahına çatmaması üçün çalışacağıq və əlimizdən gələni edəcəyik. Təəssüf ki, razılaşmadan çıxdığımız ötən 4 ildə İranın öhdəliklərini yerinə yetirmədiyini gördük. Bu addımı məhdudlaşdırmaq üçün Çin və Rusiyə ilə ortaq moze tutmağa çalışacağıq”, – deyə Linda Tomas Qrinfild diqqətə çatdırıb.
Məsələ ilə ilgili Amerikanın Çin və Rusiya ilə həmkarlıq edə biləcəyini söyləyən siyasətçi problemin həllində Əmniyyət Şurası ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button