AzərbaycanDünya

Rus qüvvələri Xankəndi-Laçın yolundan etiraz edən azərbaycanlıların qarşısından barrikada götürüb, BTR apardılar

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Aksiyanın 8-ci günündə yeni hadisələr yaşanıb.

Belə ki, aksiya iştirakçılarının verdiyi məlumata görə, rusiyalı sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı aradan götürüblər. Bundan başqa, zirehli texnika olan BTR-i də ərazidən aparıblar.

Eyni zamanda, “humanitar yardım” adı ilə Laçın dəhlizindən Xankəndində keçmək istəyən 5 yük maşını yoxlanmağa icazə verilmədiyindən geri qayıdıb.

Related Articles

Bir cavab yazın

Back to top button