İranSağlıq & Yaşam

Doğu Azərbaycanda korona vaksini çatışmır

Doğu Azərbaycanda ancaq Bərəkət və Sinofarm vaksinlərinin ikinci dozu vurulur.
Təbrizin Tibb Elmləri Bilimyurdunun Sağlıq İşləri müavini doktor Əbbasəli Dorosti gecə Şəhrivər ayının 7-si bildirib: “”Sağlıq vəzirliyının və dövlətin bir neçə gündür əyalətlərə təhvil verilən vaksinlərin sayının artırılacağı sözünü versələr də amma indiyədək bu olunmayıb. İndilik isə Əyalətdə ancaq Bərəkət və Sinofarm vaksinlərinin ikinci dozu vurulur. AstraZeneka ilə Sputnik vaksinləri hələ bizə çatdırılmayıb və Əyalətə təhvil verilən vaksinlərin sayı da vurma sürəti və müraciət edənlərin çoxluğuna yetmir. Əyalətdə hələ də korona mərizlərinin yatırılması, yeni yoluxmaların, ölənlərin habelə koronadan özləri müaraciət edənlərin sayı artır. Təəssüflə, Şəhrivər ayının 6-dan iki Üskü və Kəleybər şəhərləri də Əyalətin korona durumu qırmızı olan şəhərlər sırasına keçib və Əyalətin cəmiyyətinin toplam yüzdə 95-i qırmızı, yüzdə 3-4-ü korona durumları narıncı olan Vərziqan, Xudafərin, Horand və Çaroymaq vilayətlərində yaşayır. Əyalətdə korona gedişi fəlakətli olduğuna baxmayaraq sağlıq göstərişlərinə riayət olunması azalır. ”
Dorosti sözlərinin sonunda deyib: “vaksinasionun hələ bitirilmədiyini və bunun aşağı sürətlə olunduğunu nəzərə alaraq, korona mərizliyinin qarşısını alamğın bircə yolu sağlıq protokollarına riayət etməkdir”.

Related Articles

Bir cavab yazın

Back to top button