Dünyaİran

Politiko: “Amerika Rusiyaya silah göndərdiyinə görə İrana sanksiya tətbiq edir”

“Politiko” jurnalı Amerika rəsmisinin sözlərinə istinadən yazıb ki, Amerika Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya silah göndərdiyinə görə İran və üçüncü tərəflərə qarşı daha çox sanksiyalar tətbiq edəcək.

Adının açıqlanmasını istəməyən məmur oktyabrın 17-də Politiko-ya bildirib ki, qarşıdan gələn hərəkət, çox güman ki, iqtisadi sanksiyalarla yanaşı, İslam Respublikasına silah istehsalına kömək edə biləcək məhsulların İrana ixracına nəzarət tədbirləri olacaq.

“İranın Rusiyaya silah satışı ilə bağlı daha çox tədbir görə bilərikmi? Şübhəsiz ki, bəli. Dünyada pilotsuz təyyarələrin və raketlərin istehsalında istifadə olunan məhsulları İrana satan, və ya İran və Rusiya arasında uçuşlarda iştirak edən hər kəsə sanksiya tətbiq olunacaq”,- deyə, o bildirib.

Avropa Birliyinin xarici işlər nazirləri bazar ertəsi Ukraynada mülki infrastruktura və yaşayış məntəqələrinə hücum etmək üçün Rusiyaya pilotsuz təyyarələrin satışına görə İrana qarşı sanksiyaların tətbiqini müzakirə ediblər.

Ötən həftələrdə Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi pilotsuz təyyarələrin qalıqları göstərir ki, bu avadanlıqlar İran istehsalıdır; ancaq Tehran bu xəbəri təkzib edir.

Amerika rəsmisi “Politiko”ya deyib ki, İslam Respublikası rəsmiləri yalan danışır və onlar özləri də yalanlarının tələsinə düşübıər.

Related Articles

Bir cavab yazın

Back to top button