İran

Dohada İran və Amerika arasında dolayı müzakirələr başlayır

Yaxın bir neçə saat ərzində Dohada nüvə anlaşmasının dirçəldilməsi ilə bağlı İran və Amerika arasında dolayı danışıqların başlanacağı bir vaxtda, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri anlaşmanın masada olduğunu və İranın onu qəbul yaxud rədd etməsi ilə bağlı qərar verməli olduğunu deyib

Amerikanın İran üzrə xüsusi nümayəndəsi Robert Mali iyunun 27-də Dohaya səfər edib və İran rəsmilərinin verdiyi məlumata görə, Əli Baqeri Kəni də bu gün səhər saatlarında Dohaya yollanacaq. Məlumata görə, tərəflər arasında mesajlar Avropa İttifaqının nümayəndəsi və nüvə razılaşmasının canlandırılması üzrə müzakirələrin koordinatoru Enrike Mora vasitəsilə çatdırılacaq. Qeyd edək ki, İranın ali lideri Əli Xamenei Amerika ilə birbaşa müzakirələri qadağan edib.

Related Articles

Bir cavab yazın

Back to top button