İran

Putin və Rəisi Aşqabadda görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının 6-cı iclası çərçivəsində ikitərəfli görüş keçirəcəklər.

Bu barədə “İRNA” xəbər ajansı “Sputnik”ə istinadən məlumat yayıb. Məlumata görə, Rusiya prezidenti İbrahim Rəisi ilə yanaşı, həm də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Qeyd edək ki, İbrahim Rəisi sabah bir qrup yüksək vəzifəli siyasi və iqtisadi nümayəndə heyəti ilə birlikdə Aşqabadda keçiriləcək Xəzəryanı ölkələrin liderlərinin 6-cı iclasında iştirak etmək üçün Türkmənistana səfər edəcək. İbrahim Rəisi sonuncu dəfə yanvarın 19-da Moskvaya səfəri çərçivəsində Vladimir Putinlə görüşmüşdü.

Related Articles

Bir cavab yazın

Back to top button