Dünya

Donald Tramp şiddəti və senzuranı qınayıb

Donald Tramp Amerikanın Nümayəndələr Məclisində istizahı tərhinin təsvib olunmasından sonra video paylaşıb. Tramp Ağ evin tuitter səhifəsində paylaşılan videosunda ötən həftə konqrənin binasına edilən hücumu qınayıb. “Kim çaxnaşma edirsə, bizim hərəkatdan deyil. Kim belə davranırsa, bizim hərəkata və ölkəyə həmlə etmiş olur. Sağçı, solçu, demokrat, cümhuriyyətçi olmağın fərqi yoxdur.  Çaxnaşmaya heç vaxt haqq qazandırmaq olmaz. Ötən həftə konqrənin binasında çaxnaşma törədənlər ədalət məhkəməsinə veriləcək. Bilgilər verilir ki, qarşıdakı günlərdə yenə də Vaşinqton və bütün ölkədə aksiyalar gözlənilir. Əmniyət servisləri ehtimal olunan təhlükələr barədə mənə bildiriblər”,-deyə o, qeyd edib.  Prezident Anayasanın Birinci Tamlayıcı maddəsinə əsasən hər bir amerikalının sözünü hörmətlə və dinc şəkildə demək haqqının olduğunu bildirib. Ancaq şiddət, qanunsuzluq və təxribatın yolverilməz olduğunu vurğulayıb. Tramp hadisələrə sakit, mülayim yanaşan milyonlara Amerika vətəndaşına təşəkkürünü bildirib.

O, sözlərinin davamında sansuru, vətəndaşların hesabının silinməsini və qara listəyə salınmasını qınayıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button