
Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə çıxışı zamanı ona atəş açılıb.
Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb.
Donald Trampa qarşı sui-qəsd zamanı bir nəfər həlak olub, Trampa atəş açan şəxs isə öldürülüb.
“The Washington Post“un prokurorluğa istinadən yaydığı məlumata görə hadisə zamanı şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib.
“The New York Times“ qəzetinin Trampın sözçüsü Stiven Çuna istinadən yaydığı məlumatda isə onun yaralanandan sonra tibbi müayinədən keçdiyi və vəziyyətinin yaxşı olduğu bildirilir.
Tramp sui-qəsd cəhdindən sonra təhlükəsizlik qüvvələrinə təşəkkür edib və yaralılara başsağlığı verib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdindən sonra ilk açıqlamasını “Truth” sosial şəbəkəsindəki şəxsi hesabından verib.
Siyasətçi atışmaya operativ reaksiya verdiyinə görə ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, bundan əvvəl Trampın oğlu atasının vəziyyətinin yaxşı olduğunu demişdi.