İran

Dörd ölkədən Ukrayna təyyarəsi ilə bağlı bəyanat: İranla danışıqlar aparmaq faydasızdır

"Aznews tv"ın xəbərinə görə, bəyanatı imzalayan ölkələr qeyd ediblər ki, onlar artıq məsələ ilə bağlı Tehranla apardıqları danışıqların nəticə verə biləcəyindən ümidlərini üzüblər

İki il öncə Tehran hava limanında SEPAH tərəfindən ardıcıl iki dəfə raketlə vurulan Ukrayna təyyarəsi ilə bağlı dosyeni araşdıran Kanada, İsveç, Böyük Britaniya və Ukrayna yanvarın 6-da birgə bəyanat yayaraq, məsələyə aydınlıq gətirilməsi üçün Tehranla apardıqları müzakirələrin nəticəsiz qaldığını bildiriblər.

“Aznews tv”ın xəbərinə görə, bəyanatı imzalayan ölkələr qeyd ediblər ki, onlar artıq məsələ ilə bağlı Tehranla apardıqları danışıqların nəticə verə biləcəyindən ümidlərini üzüblər.

Birgə bəyanatında vurğulanır: Biz, “Vurulmuş Ukrayna təyyarəsinin qurbanları üçün Beynəlxalq Reaksiya və Koordinasiya Qrupu” olaraq rəsmən elan edirik ki, bizim son iki ildə problemin danışıqlar yolu ilə həllinə yönəlik göstərdiyimiz bütün səylərə baxmayaraq, müzakirələr heç bir nəticə verməyib.

Biz artıq yekdilliklə belə bir nəticəyə gəlmişik ki, bununla bağlı İranla danışıqlar aparmaq faydasızdır. Bu səbəbdən, biz bundan sonra məsələnin beynəlxalq qanunlar və məhkəmə yolu ilə həll olunmasına çalışacağıq”.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH-ın Ukrayna Hava Yollarına məxsus BOEİNG-752 təyyarəsini raketlə hədəf alması nəticəsində təyyarədəki 176 sərnişinin hamısı həlak olu

Related Articles

Bir cavab yazın

Back to top button