Dünyaİran

Dörd Qərb dövlətinin liderləri İranı müzakirə edib

Amerika, İngiltərə, Fransa və Almaniya liderləri İranla nüvə sazişinin canlandırılması səylərini müzakirə ediblər.

Ağ Evin yaydığı məlumata görə, liderlər İranla nüvə danışıqlarını, Yaxın Şərqdə Qərb tərəfdaşlarının gücləndirilməsini və İranın regional sabitliyi pozan hərəkətlərinin qarşısını almaq üçün birgə səyləri müzakirə ediblər.

Birləşmiş Ştatlar və nüvə danışıqlarında iştirak edən üç Avropa ölkəsi, Avropa Birliyinin təklif etdiyi mətnə ​​İranın cavabını nəzərdən keçirdiklərini açıqlayıblar.

“Reuters”in yazdığına görə, nüvə danışıqlarının uğursuzluğu yeni regional müharibə riskini artırır, çünki İsrail İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq cəhdləri uğursuzluqla nəticələnərsə, İranın nüvə obyektlərinə qarşı hərbi addımlar atacağı ilə hədələyib.

Bununla yanaşı nüvə bombası istehsal etmək cəhdini inkar edən İran İsrailin istənilən hücumuna qəti şəkildə cavab verəcəyini dəfələrlə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button