İran

Makronla Ruhani arasında telefon danışığı olub

Fransa Prezidenti Emmanuel Makronla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Tərəflər bölgədəki son durum və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. Fransa lideri İranın atom anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərini pozması ilə ilgili ciddi narahatlığını ifadə edib. Emmanuel Makron Fransanın son bir ildə atom sazişini canlandırmaq üçün göstərdiyi çalışmalara da diqqət çəkib.
Qeyd edək ki, son həftələrdə Avropa Birliyi atom sazişinin qalan üzvlərinin və Amerikanın da görüşünü təşkil etmək üçün çabalar göstərib. Ancaq İran Amerikanın təhrimləri ləğv edəcəyinə zəmanət verməyincə görüşlərə qatılmayacağını bəyan edib.
Amerika 2018-ci ilin meyində, Donald Trampın prezidentliyi dövründə atom sazişindən çıxıb. Ancaq Co Bayden atom anlaşmasına yalnız bir şərtlə – İranın bütün öhdəliklərinə qayıdacağı təqdirdə qoşula biləcəyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button