Azərbaycan

Dr.Riza Bərahəninin vəfatı münasibətilə Azərbaycan Mərkəz Partiyasından başsağlığı mesajı

Azərbaycan Mərkəz Partiyası bu Azərbaycanlı Türk şair və yazıçisinin dünya dəyişməsini onun ailəsinə, dostlarına ,sevənlərinə və ədəbi-mədəni ictimaiyyətə başsağlığı verir.

Partiyasından başsağlığı mesajı
Nə dəhşətli gündür,
Qanadsız quşumun ölü dünyası O,
günəşin ölməzliyinə şübhə ilə yanaşır
Mən kölgələrin kənarındayam,
evə getmədim Qaranlığın ortasındayam
Ən qaranlıq dərinliklərə qərq oldum
Və işığı eşitmədim,
Niyə?
Çünki quş,
Quş qovuldu Günəş parlayırdı Qarğaların orbitində sükut hökm sürürdü
Yazıçı, şair, ədəbiyyatşünas və dünyanın ən görkəmli şəxsiyyətlərindən olan “Doktor Riza Bərahəni” 1401-ci il Mart aynin 25-də səhər saatlarında dar fani ilə vidalaşaraq əbədi mənzilinə vardi.
Biz bu müdrik insanın vəfatına ağlasaqda, üzülsək də, Ancaq sevgisinin qayğısına qalanda çox xoşbəxt oluruq.

Azadlıqsevər, mübariz, poetik yazıçının itkisi ürəkağrıdandır və dözmək çətindir. O , ömrünü ədəbiyyata sərf edərkən , cəmiyyətin şüurlarini çoxaltmağa keçirdı, lakin sonunda gərçəkləri etiraf etmək məcburiyyətində qaldi və israr ve təkid etdi ki “Mən heç bir Türk rejiminin əsiri olmamışam. Fars dilində ən azı 8000 səhifəlik məzmun yazdım … Səhv etdim…” demişdir.
Bu sözləri deməklə fars dilinin ən böyük yazıçılarından biri özünün siyasi-ictimai intiharını nəzərdə tutmuşdur.Ancaq ana dilini sevən Azərbaycan millətı üçün bu sözlər 1946-ci il dekabrın 17-də yandırılan kitabların külündən canlanması və dirilməsi deməkdir.
Azərbaycan Mərkəz Partiyası bu Azərbaycanlı Türk şair və yazıçisinin dünya dəyişməsini onun ailəsinə, dostlarına ,sevənlərinə və ədəbi-mədəni ictimaiyyətə başsağlığı verir.
Nə qəribə taledir!
Mənim üçün bütün görüşlərdən
Nə qədər az və ya çox
Yaddaşda
Əlvida qaldı.
Onun ruhu şad olsun!

Azərbaycan Mərkəz Partiyası

Related Articles

Bir cavab yazın

Back to top button