Dünya

Dünyada koronavirusa yoluxanların sayı artıb

Dünyada koronavirusa yoluxanların sayı 116,52 milyon nəfəri ötüb. Bu barədə Dünya Sağlıq Sazmanının son hesabatında bilgi verilib. Rəsmi amara əsasən, koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 116 521 281 təşkil edir. Pandemi ərzində dünyada koronavirusdan ümumilikdə 2 589 548 insan həyatını itirib.
Son 24 saatda isə 354 629 nəfər təhlükəli virusa yoluxub, 7 020 məriz isə dünyasını dəyişib. Koronavirusa yoluxanların yüzdə 45-dən çoxu Quzey və Güney Amerikanın payına düşür. Avropa və Güney-Doğu Asiya isə növbəti pillələrdə qərarlaşıb.
Dünyada virusa ən çox yoluxma halı isə 28 659 480 göstərici ilə Amerikada qeydə alınıb. Hindistanda bu göstərici 11 229 398, Braziliyada 10 938 836, Rusiyada isə 4 333 029 nəfər təşkil edir.
Qeyd edək ki, Dünya Sağlıq Sazmanının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Related Articles

Bir cavab yazın

Back to top button