Dünya

Dünyada koronavirusa yoluxma sayında artım

Dünyada koronavirusa yoluxanların sayı 122,99 milyon nəfəri ötüb. Bu barədə Dünya Sağlıq Təşkilatı bildirib. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 122 992 844 olub. Qeyd edilir ki, pandemi dönəmində dünyada koronavirusdan ümumilikdə 2 711 071 insan ölüb. Yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gündə 455 964 nəfər olub. Müalicə alan daha 7 291 məriz təhlükəli virusdan həyatını itirib. Son 24 saatda yoluxanların yüzdə 41-dən çoxu Quzey və Güney Amerikada, daha sonra Avropa və Güney-Doğu Asiyada qeydə alınıb. Bildirək ki, Dünya Sağlıq Təşkilatı dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Related Articles

Bir cavab yazın

Back to top button