İran

Qəzvin və Çaroymaqda külli miqdarda narkotik maddə aşkarlanıb

Güney Azərbaycan şəhərlərində külli miqdarda uyuşdurucu maddə kəşf olunub. Bu barədə Qəzvin və Çaroymaq şəhərlərinin polis rəisləri mətbuata açıqlama verib. Çaroymaq şəhərinin polis rəisi sərhəng Babayarın sözlərinə görə, marsın 22-də keçirilən iki əməliyyat axtarış tədbirində heroin, şüşə və tiryəkdən ibarət 33 kiloqram uyuşdurucu maddə ələ keçirilib. Saxlanılan 3 nəfər barəsində cinayət işi açılıb. İstifadə etdikləri iki minik otomobili isə müsadirə olunub. Qəzvin şəhərinin polis rəisi Bijən Xudayi isə Qəzvin-Zəngan yolunda saxlanılan otobusdan 3 kilo 500 qram uyuşdurucu maddə götürüldüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button