Amerikalı Adriana Levis dünyada ən uzun dilə sahib olan insandır. O hətta uzun dili ilə gözlərinə toxuna bilir. Onun dilinin uzunluğu 9 santimetrdən çoxdur.
Uzun dil faktoru onun ailəsində irsidir. Adrianın anası, həmçinin bəzi yaxın qohumları da çox uzun dilə sahib olub. Adrian bunu belə şərh edir: “Mənə elə gəlir ki, bunu ailəmdən miras almışam”.
Uzun illər Adriana Levis tədricən buna alışmağa başlayıb. Bu yaxınlarda özundə olan bu qeyri-adiliyi hərkəsə çatdırmaq üçün, necə deyərlər, dilini işə salmağa başlayıb.
O, sosial şəbəkələrdə, həmçinin, öz yutub kanalında ona ünvanlanan sualları cavablandırır, hətta, uzun dili ilə bəzi gülməli fəndlər də nümayiş etdirir.
Adrian “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən uzun dilli insanı kimi daxil ediləcəyinə ümid edir.