Azərbaycanİran

Dünyasını dəyişən “Traktor” azarkeşi torpağa tapşırılıb

"Traktor" komandası ilə İsfahanın "Zob Ahan" komandaları arasında keçirilən oyun zamanı insult keçirən və sonra xəstəxanada dünyasını dəyişən Əhəd Gülilaləli Təbrizin Lalə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, “Zob Ahan”ın “Traktor”un qapısına üçüncü qolu vurmasından sonra azarkeş Əhəd Gülilaləli insult keçirib və xəstəxanaya köçürülüb. Lakin, təəssüf ki, o, aprelin 13-də dünyasını dəyişib.

Qeyd edək ki, İsfahan komandasının 4:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra xallarının sayı 40-a bərabər olan “Traktor” üçüncü pillədə qərarlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button