Azərbaycan

Düşmənə ağır zərbə endirildi

Azərbaycan Silahlı Qüvvələri ermənilərin hərbi hissələrindən birinin müdafiə bölməsinin döyüş postu istiqamətində zərbələr endirib.

Həmin zərbə düşmənin hərbi qulluqçu Aşot Gevorkoviç Mikaelyanın həyatına son qoyub .Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Belə ki, hərbi qulluqçunun snayper tüfəngi vasitəsilə vurulduğu iddia edilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edib. Beləliklə, ermənilər son 24 saatda atəşkəs rejimini 45 dəfə pozub. Düşmən cavab atəşləri ilə susdurulub.

Related Articles

Bir cavab yazın

Back to top button