Azərbaycan

Düşmənin məhv edilən döyüş texnikası

Oktyabrın 2-si gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

 

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

 

– 230-dək tank və digər zirehli texnika;

 

– 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

 

– 38 ədəd hava hücumundan müdafiə (HHM) vasitələri;

 

– 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

 

– 7 silah-sursat anbarı;

 

– 130-dan artıq avtomobil texnikası;

 

– 1 ədəd “S-300” zenit-raket kompleksi.

Related Articles

Bir cavab yazın

Back to top button