İran

İranlılar Türkiyədən 3 mindən çox ev alıb

İranlılar son 7 ayda Türkiyədən 3168 mənzil alıb. Beləliklə, bu ölkədən ən çox ev alan xaricilər iranlılar olub. Bildirək ki, Türkiyə İranla 6 aydır ki, sərhədləri bağlayıb. Ancaq iranlıların Türkiyədən aldığı mənzillərin sayı keçən ilin ilk 7 ayına nisbətən yüzdə 19 artıb. Bu rəqəmdə 2018 və 2017-ci ilin ilk yeddi ayına nisbətən yüzdə 150 və 745 artım olub. Məlumata görə, Türkiyədə son 7 ayda, ümumilikdə , 17 min 185 mənzil xaricilərə satılıb. İranlıların bu rəqəmdən payı yüzdə 18 olub. Qeyd edək ki, koronavirus pandemisinə görə, Türkiyədə xaricilərə mənzil satışı yüzdə 25 azalıb. Xaricilərə satılan mənzillərin təxminən yarısı İstanbulda, yüzdə 25 isə Antaliya və Ankarada yerləşir.
İrandan sonra Türkiyədə ən çox mənzil alan xaricilər İraq, Rusiya, Əfqanistan, Alman və Azərbaycan vətəndaşlarıdır. Belə ki, Azərbaycan vətəndaşları son 7 ayda Türkiyədən 546 mənzil alıb.

Related Articles

Bir cavab yazın

Back to top button