İran

Elektrik naqillərinin köhnəlməsi əhalini saatlarca işıqsız qoyur

Havaların qızmasıyla İranda elektrik istifadəsi də artıb. Ancaq günlük və uzun saatlarca elektrikin kəsilməsi millətin etirazına səbəb olub.
Tehranın elektrik Paylaşım şirkətinin müdiri havaların istiləşməsi ilə istifadənin artımını bildirib. Həmid Riza Mənsuri-nin dediyinə görə, Tehranın elektrik şəbəkəsinin yüzdə 50-dən çoxu köhnədir. Ona görə də bu məsələ elektrik kəsilmələrinə səbəb olur. Tehranın elektrik Paylaşım şirkətinin müdiri elektrik təchizatlarının yenilənməsinin gərəkli olduğunu söyləyib. Onun sözlərinə görə, normalda təchizat arizəsi ucbatından kəsilən elektrikin yenidən bağlanması 1-2 saat vaxt alır. Xatırladaq ki Tehran-ın elektrik Şəbəkəsi yüzdə 6.2-lik kəsilmə ilə İranın ən az elektrik kəsilən şəhərlərindən sayılır. Özəlliklə havalar isti olandan sonra saatlarca elektrik kəsilmələri yaşanır.

Related Articles

Bir cavab yazın

Back to top button