Dünya

Elon Mask dünyanın ən varlıları siyahısında

Amerikalı iş adamı Elon Mask dünyanın ən varlıları listində üçüncü olub. “Bloomberq”in hesablamalarına görə, o, “Facebook”un qurucusu Mark Zukerberqi qabaqlayıb.
Tesla və SpaceX-in təsisçisi olan Elon Maskın sərvəti 111,3 milyard dolları ötüb. İkinci yerdə 125 milyard dollarla “Microsoft” şirkətinin başçısı Bill Geyts, birinci yerdə isə 200 milyard dollarla “Amazon” rəhbəri Cef Bezos durur.
Bloomberg Elon Maskın sərvətinin artmasında əsas amilin “Tesla” səhmlərinin qiymətində kəskin artım olduğunu vurğulayıb. Məlumata görə, ilin əvvəlindən səhmlərin dəyəri yüzdə 475 artaraq şirkətin qurucusunu 76 milyard dollar zənginləşdirib.
Neft

Related Articles

Bir cavab yazın

Back to top button