Dünya

“Enrike Moranın səfərinə baxmayaraq Atom anlaşmasının bərpası qəti deyil”-Amerika

Amerikanın Xarici İşlər Nazirliyi İranla qərb ölkələrinin nüvə danışıqları barədə yeni açıqlama yayıb.

Dövlət Departamenti Avropa Birliyinin xarici siyasət üzrə komisarı Enrike Moranın Tehrana səfirini yüksək qiymətləndirib.

Ancaq qurumun yaydığı bəyanatda bunun atom anlaşmasının canlandırılmasının qəti olduğu anlamına gəlmədiyi qeyd edilib.

“İran atom razılaşmasına daxil olmayan şərtlərə israr edib- etməyəcəyi və ya bizim hər kəsin mənafeyinə uyğun hesab etdiyimiz anlaşmanı tezliklə imzalamağa qərar verməlidir”, – deyə bəyanatda vurğulanır.

Sonda bildirilib ki, Amerika və tərəfdaşları anlaşmanı imzalamağa çoxdan hazırdır və hələ də hazırdır, indi isə hər şey İrandan asılıdır.

Qeyd edək ki, İran nüvə danışıqlarının davam etdirilməsi və razılığın əldə olunması üçün İnqilab keşikçiləri Korpusunun adının terrorçu qruplar siyahısından çıxarılması şərtini irəli sürüb.

Bu, Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button