İran

Tanınmış siyasi məhbus etirazçılara dəstək məktubu yayıb

İranın Simnan zindanında saxlanılan tanınmış siyasi məhbus və ictimai fəal Məryəm Əkbəri Münfərid etirazçılara dəstək məktubu yayıb.

O, məktubunda özü və onunla bir yerdə saxlanılan məhbus qadınarın zindanda bahalığı və qıtlığı hiss etdiklərini, illərdir həbsxanadan qıraqda olanlarla eyni problemlərdən əziyyət çəkdiklərini qeyd edib.

“İllərdir ki, biz məhbuslarda bu rejimin əməlləri nəticəsində qıtlıq və aclığın əziyyətini çəkirik, acılar yaşayırıq. Ancaq bu gün xalqın etiraz səsini eşitmək bizim ürəyimizi isidir, iradəmizi gücləndiri və dahada cəsarətli olmağımıza səbəb olur”-deyə, Məryəm Əkbəri Münfərid yazıb.

Siyasi məhbus məktubunun sonunda xalqa müraciət edərək zindanda olmalarına baxmayaraq onlarla bir yerdə olduqlarını, İranın cənubundan başlayan etiraz aksiyalarının ölkənin hər yerinə yayılıb və zülm sistemini sarsıdacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Məryəm Əkbəri Münfərid 31 dekabr 2009-cü ildə siyasi və ictimai fəaliyyətlərinə görə həbs olunaraq 15 il azadlıqdan məhrum edilib.

O, 8 iyun 2020-ci ildə Tehranın Evin zindanından Simnan zindanına göndərilib.

Onun iki qardaşı siyasi fəaliyyətlərinə görə 1981 və 1984-cü illərdə həbs olunub, 1988-ci ildə siyasi məhbusların kütləvi edamı zamanı hər ikisi güllələnərək edam ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button