Dünya

Entoni Blinken bir sira ölkə rəhbərlikləri ilə müzakirələrə başlayıb

Amerikanın Xarici İşlər vəziri Entoni Blinken bir sıra ölkə rəsmiləri ilə təmas tutaraq, qarşılıqlı ilgilər və beynəlmiləl məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Belə ki, Entoni Blinkenlə Əfqanıstan prezidenti Əşrəf Qəni arasında telefon danışığı olub. Tərəflər bölgədə barış və sabitliyin difası ilə bağlı məsələlərə toxunublar. Amerika rəsmisi, habelə Avropa Birliyinin Xarici siyasət və Əmniyyət məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borellə danışıb. Söhbət zamanı ikitərəfli münasibətlərin gələcək yönləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Amerikanın Xarici İşlər vəziri iraqlı həmkarı Fuad Hüseynlə də təmas tutub. Amerika rəsmisi ölkəsinin koronavirus mərizliyi ilə ilgili yaranmış iqtisadi müşküllərin aradan qaldırılmasında İraqa dəstək göstərəcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button