Dünyaİran

Keçmiş diplomatlar İran rəsmilərinin mühakimə olunmalarını tələb ediblər

Avropanın keçmiş vəzirləri birgə açıqlama yayaraq İranı “beynəlmiləl terrorizmin xaç atası” adlandırıblar. Onlar İranın Otrişdəki keçmiş diplomatı Əsədullah Əsədinin pərvəndəsinə işarə edərək, ölkə məqamlarının mühakimə edilmələrini istəyiblər. Qeyd edək ki, 20-dən çox keçmiş diplomat Avropa Şurasının rəisi Şarl Mişel, Avropa Birliyinin xarici siyasət idarəsinin rəisi Cozef Borell, Avropa Parlımanının rəisi David Sassoli, eləcə də Avropa Birliyinə üzv və qeyri-üzv liderlərə müraciət ediblər. Onlar İranın İttilaat Vəzirliyinin və Sepahın tamamilə “terrorçu təşkilatlar” elan olunmasını istəyiblər. Müraciətdə İran məəqamlarının təqib edilməsinin və mühakimə olunmalarının vacibliyi də vurğulanıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button