Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Ərdəbildə azərbaycanlı siyasi məhbus Mürtəza Pərvinin yüzlərlə posteri paylanıb

Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəal Mürtəza Pərvinin yüzlərlə posteri yayılıb.

Ərdəbildə bir qrup azərbaycanlı fəal bazar ertəsi, iyunun 9-da molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı rəssam və milli fəal Mürtəza Pərvinin şəklini əks etdirən yüzlərlə poster yayıblar.

Onlar bu yolla Murtəza Pərvinin qanunsuz həbsinə etiraz edib və ona tibbi yardım göstərilməsini istəyiblər.

Yayılan posterlərdə “qadağan olumuş rəssam Mürtəza Pərvin” sözləri yazılıb.

Qeyd edək ki, Mürtəza Pərvin 2024-cü ilin sentyabr ayında Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbulqasim Salavati tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

Eyni hökm 2025-cü il yanvarın 16-da Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən tam şəkildə qüvvədə saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button