Dünya

Ermənistan atəşkəsi 61 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin çeşidli yönlərində ağır silahlardan və snayper tüfənglərindən də istifadə etməklə son 24 saatda atəşkəs rejimini 61 dəfə pozub.
Ermənistanın Berd şəhristanının Ayqepar, Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz şəhristanının Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində, Çəmbərək şəhristanının Cil kəndində yerləşən mövqelərdən Gədəbəy şəhristanının Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.
Tərtər şəhristanının işğalda olan Çiləbürt, Füzuli şəhristanının Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl şəhristanının Mehdili kəndləri yaxınlığında, eləcə Goranboy, Tərtər, Ağdam, Xocavənd ilə Füzuli şəhristanları bölgələrində adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusu atəşə tutulub. Bu barədə Azərbaycan Difa Vəzirliyi məlumat verib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close