Azərbaycan

Ermənistan Azərbaycanın qaytardığı 6 hərbçini həbs edib

2021-ci il noyabrın 16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində baş vermiş toqquşma zamanı ordumuza əsir düşən və sonradan ölkəsinə qaytarılan erməni hərbçilərdən heç biri İrəvanda zərərçəkmiş kimi tanınmayıb.

Əksinə, Azərbaycanın geri qaytardığı 6 hərbi əsir təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bu barədə Faktİnfo-ya Ermənistan İstintaq Komitəsindən bildirilib.

Xatırladaq ki, 2021-ci il noyabrın 16-da dövlət səhədində baş vermiş döyüşlər zamanı Ermənistan Müdafiə Nazirliyi 13 hərbçinin əsir, 24 hərbçinin isə itkin düşdüyünü bildirsə də, sonra baş nazir Nikol Paşinyan itkin düşmüş hesab edilən 24 hərbçinin əsir götürüldüyünü söyləmişdii.

İstintaq Komitəsi rəsmən təsdiqləyib ki, noyabrın 16-da 32 erməni hərbçi azərbaycanlılar tərəfindən əsir götürülüb, onlardan 26-sı vətəninə qayıdıb, 6 nəfər isə hələ də əsirlikdədir.

Əsirlikdən qayıdan 6 hərbi qulluqçuya qarşı Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb. Onlardan 3-ü zabitdir.

Related Articles

Bir cavab yazın

Back to top button