
Aznewstv xəbər verir ki, bu fikirləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə əldə edilmiş razılaşmalara sadiqdir: “Ermənistan və Azərbaycan liderlərinin bu il iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündə bir sıra razılıq əldə olunub. Razılığa əsasən, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 və 86,6 min kvadratkilometr olmaqla bir-birinin ərazi bütövlüyünü tanıyır. Eyni zamanda tərəflərin suverenliyi qorunmaqla regional kommunikasiyaların açılması nəzərdə tutulur”.