Dünya

ERMƏNİSTAN TÜRKİYƏDƏN YARDIM İSTƏYİB

Ermənistan koronavirusla mübarizə üçün Türkiyədən kömək istəyib

Ermənistan koronavirusla mübarizə üçün Türkiyədən kömək istəyib

Azərbaycan mətbuatı Türkiyənin koronavirusla mübarizə hədəfi ilə Ermənistana göstərdiyi yardım barədə məlumat yayıb.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Ermənistan və İsrailin yeni korona virusu ilə mübarizədə Türkiyədən yardım istədiklərini açıqlayıb.
“Türkiyə bir daha çətin günlərin dostu olduğunu göstərdi”,- deyə İbrahim Kalın vurğulayıb.
Türkiyə prezidentinin sözçüsü deyib ki, bu məsələdə siyasi hesablamalar edə bilmərik.
Kalın, Ermənistanın Türkiyəyə müraciətinin rəsmi olub olmadığına aydınlıq gətirməyib.
Azərbaycan mətbuatı Kalının açıqlamalarını geniş dərc edərək, Ermənistanın çox çətin vəziyyətdə olduğunu və Türkiyədən yardım istəmək məcburiyyətində qaldığını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button