Azərbaycan

Erməni deputatlar Bakıya, azərbaycanlı deputatlar isə İrəvana səfər edəcəklər?

Ötən həftə Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra iki ölkənin millət vəkillərinin də qarşılıqlı səfərləri reallaşacaq.

Ermənistan mətbuatına istinadən bildirir ki,  Azərbaycan və Ermənistandan olan millət vəkillərinin qarşılıqlı səfərlərinin yaxın zamanlarda baş tutacağı gözlənilir.

Məlumatda qeyd olunur ki, Ermənistanda Azərbaycana səfər edəcək millət vəkillərinin siyahısı müəyyən edilir. Siyahı müəyyən olunarkən “Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili Naira Zöhrabyanın adı mübahisəyə səbəb olub. Bildirilib ki, Naira Zöhrabyan Azərbaycan əleyhinə sərt açıqlamalar verdiyi üçün onu Azərbaycanda görmək istəmirlər.

(Yeniavaz.com)

Related Articles

Bir cavab yazın

Back to top button