Azərbaycan

Ermənilər Qubadlıda 150-300 illik şərq çinarlarını məhv ediblər

Azərbaycan cümhurisi Ekoloji və Təbii Sərvətlər vəzirliyinin əməkdaşları tərəfindən Qubadlı şəhristanının Xocahan, Tinli, Qilican, Əbilcə, Kavdadıq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Hal kəndlərində və Qubadlı şəhərində növbəti nəzarətlər keçirilib.
Nəzarətlər zamanı Qubadlı şəhristanındakı bütün evlərin və inzibati binaların tamamilə dağıdıldığı, təbiət abidələrinin, çoxillik ağacların məhv edildiyi məlum olub.
Belə ki, Qubadlı şəhərinin mərkəzində təbiət abidələri listinə daxil edilmiş yaşı 150-300 il olan Şərq çinarları, qotru 60 sm olan girdəkan ağacları məhv edilib və yandırılıb. Ötən əsrin 60-70-ci illərində Eldar şamı və sərv ağaclarından ibarət 2 hektarda salınmış park isə tamamilə məhv edilib.

Related Articles

Bir cavab yazın

Back to top button