Azərbaycan

Ermənilərin Gəncədə törətdiyi müharibə cinayətindən 1 il ötür

Ermənistan ordusu ötən ilin bu günü cəbhədən qıraqda yerləşən, Azərbaycan Cumhurisinin ikinci böyük şəhəri Gəncəni raketlə hədəf aldı.

Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır “Skad” raketlərindən atəşə tutması nəticəsində 5-i xanım olmaqla, 10 nəfər şəhid oldu.

Habelə 10-u xanım, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralandı. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox çeşidli iş yerlərinə də ziyan dəydi.

Allah şəhidlərimizə rəhmət eləsin!

Related Articles

Bir cavab yazın

Back to top button